“Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ə start verilib
Konya, 28 iyun, AZƏRTAC
Azərbaycanın iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsinə “Yüksək səviyyəli müşahidəçi günü”nə start verilib.
AZƏRTAC xəbər verir ki, “Yüksək səviyyəli müşahidəçi günü” kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilib.
Anadolu Qartalı Təlim Mərkəzində keçirilən brifinqdə təlimlərin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verilib.
Bildirilib ki, gerçək əməliyyatları xatırladan “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimləri pilotların, eləcə də hava müdafiə sistemi heyətlərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil olunan ortaq və birləşmiş qüvvələrin təlimləridir.
Türkiyə, Azərbaycan, İngiltərə, Pakistan, İordaniya və NATO-nun iştirakı ilə iyunun 20-də start götürən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərinə 13 ölkə müşahidəçi qismində qatılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib
- 24.09.2026 [15:48]
“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO
- 24.09.2026 [14:59]