ANAMA-nın sədri: Beynəlxalq donorlar tərəfindən edilən yardımların həcmi çox azdır
Bakı, 30 oktyabr, AZƏRTAC
Beynəlxalq donorlar tərəfindən edilən yardımların həcmi çox aşağı səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə keçirilən işgüzar görüşdə bildirib.
Göstərilən yardımların onları qane etmədiyini vurğulayan ANAMA-nın sədri deyib: “Beynəlxalq təcrübə göstərir ki, əraziləri minalarla çirkləndirilən ölkələrə böyük yardımlar edilir. Azərbaycana edilən yardımların həcmi ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]