ANATOLLU QƏNİYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Gecənin iştirakçıları, əvvəlcə, unudulmaz müğənninin ifasında “Bəh-bəh” mahnısının lent yazısını dinləmişlər. Muğam Teatrının direktoru Arif Qazıyev, Bəstəkarlar İttifaqı idarə heyətinin katibi, professor Ramiz Zöhrabov, SSRİ xalq artistləri Arif Məlikov, Lütfiyar İmanov və başqaları Anatollu Qəniyevin həyat və yaradıcılığından söz açmış, xatirələrini söyləmişlər. Xalq artisti Zaur Rzayev, müğənnilər İlqar Muradov, Cavan Zeynallı, Cavanşir Məmmədov, Hüseyn Bakılı, Zaur Əmiraslanov və başqaları A.Qəniyevin repertuarından mahnıları və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər. Mərasimin sonunda A.Qəniyevin oğlu Heydər Anatollu ailəsi adından gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]