Ankarada Şimali Makedoniya şairinin yubileyi qeyd olunub
Ankara, 28 fevral, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında görkəmli Şimali Makedoniya şairi Necati Zəkəriyyənin 90 illik yubileyi münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə elm və mədəniyyət adamları, poeziyasevərlər, türk dünyası ədəbiyyatının tanınmış simaları iştirak ediblər.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Şimali Makedoniyanın Türkiyədəki səfiri Zvonko Mucunnski “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsinin əhəmiyyətindən danışıb, eləcə də şair Necati Zəkəriyyənin yaradıcılığı ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Sonra görkəmli şairin həyat və yaradıcılığı ilə bağlı çıxışlar olub. Şairin şeirlərindən parçalar səsləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]