ANKARADAKI HEYDƏR ƏLİYEV PARKINDA MÖHTƏŞƏM MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT MƏRKƏZİ YARADILACAQ
Bununla bağlı Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin “AzərDövlətLayihə” İnstitutunun direktoru Yaşar Mirzəzadə AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, ölkəmizin Ankaradakı səfirliyi ilə birlikdə ilkin eskiz layihələri hazırlanmışdır və baxılması üçün Nazirlər Kabinetinə təqdim olunacaqdır. Layihədə 75 hektar ərazisi olan parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin heykəlinin ucaldılması, bu dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən pannolar, Azərbaycan mədəniyyəti guşəsi, uşaqlar üçün idman və əyləncə meydançaları, çay evi, musiqiçilərin çıxışları üçün yer, fəvvarə və şəlalə inşa edilməsi nəzərdə tutulur.
Ölkəmizin Ankaradkı səfiri Zakir Həşimov isə bildirmişdir ki, Heydər Əliyev parkının yaxınlığındakı məktəbə də ümummilli liderimizin adı veriləcəkdir. Bununla bağlı Türkiyənin milli təhsil naziri ilə görüş zamanı razılıq əldə edilmişdir. Bu barədə rəsmi qərar yaxın günlərdə qəbul olunacaqdır.