Aprelin 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaqdır.