Aprelin 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-13°, gündüz 17-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 7-12° isti, gündüz 18-23° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən-Gədəbəy rayonlarında
arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli
və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz
və Qusar rayonlarında
arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran
və Astara rayonlarında
arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 15-18° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın üç gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.