Aprelin 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Aprelin 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur.
Temperaturu gecə 10-14°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Gün ərzində əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 7-12°, gündüz 21-26° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 4-9°, gündüz 13-18° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqır.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-12°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacaqdır.