Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən axşam və gecə şimşək çaxacağı ehtimalı var, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-17° isti,
Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı vardır.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-5°isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın 9-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Aprelin 25-dən 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu 25-də 13-17°, 26-da 15-20°, 27-də 13-16° isti təşkil edəcəkdir. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.