Aprelin 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 9-12°, gündüz 21-23° isti, Bakıda gecə 10-12°, gündüz 21-23° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 45-50 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 9-14° isti, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti, dağlarda gecə 5-9°, gündüz 10-15° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 22-27° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 9-13°, gündüz 17-22° isti, dağlarda gecə 5-9° isti, gündüz 15-17° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gündə Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.