Aqrar Universitetdə tələbələr üçün iftar süfrəsi təşkil olunub
Gəncə, 19 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin tələbələri üçün iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin 1 və 2 sayılı Tələbə evində təşkil olunan iftar süfrəsində iştirak edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov tələbələrlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.