Aralıq dənizində qayığın batması nəticəsində 43 miqrant ölüb
Qahirə, 3 iyul, AZƏRTAC
Liviyanın Zuvara limanından İtaliyaya qanunsuz miqrantları daşıyan qayığın Liviya sahillərində batması nəticəsində 43 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Tunisin sahil təhlükəsizlik xidmətinin əməkdaşları 84 nəfəri xilas edə biliblər. Həlak olanlar Misir, Eritreya və Sudan vətəndaşlarıdır.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2021-ci ildə Afrikadan Avropaya, xüsusən İtaliyaya dəniz yolu ilə keçmək istəyən qeyri-leqal miqrantların sayı xeyli artıb. Belə ki, ötən ilin altı ayında İtaliya sahillərinə 6700 miqrant çatmışdısa, bu il onların sayı 19 min 800 nəfər olub. Afrika ölkələrində pandemiya ilə əlaqədar hökm sürən dərin iqtisadi böhran, habelə quraqlıq nəticəsində yaranan aclıq təhlükəsi insanları qitəni tərk etməyə və təhlükəli səfərə çıxmağa vadar edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]