“ARAZ” FUTZAL KOMANDASI NÖVBƏTİ MƏRHƏLƏYƏ VƏSİQƏ QAZANA BİLMƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Bakı İdman Sarayında futzal üzrə UEFA Kubokunun əsas mərhələsi çərçivəsində son turda Azərbaycanın “Araz” komandası Slovakiyanın “Slov-Matik” klubunu qəbul etmişdir.
“Araz” komandasının üstünlüyü ilə keçən oyunda futzalçılarımız ilk olaraq rəqib qapısına yol tapsalar da, slovakiyalılar tezliklə hesabı bərabərləşdirə bilmişlər. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanmışlar.
Qarşılaşmanın ikinci hissəsində isə 4:3 hesablı qələbə ilə rəqib komanda növbəti mərhələyə vəsiqə qazanmışdır.
Azərbaycanın “Araz” komandasının bu görüşdə qələbə qazana bilməməsi futzalçılarımızın novbəti tura vəsiqə qazanmasının qarşısını almışdır.
“Luparense” (İtaliya)-“Kamelot” (Moldova) komandalarının görüşündə isə italyanlar bütün görüşlərdə olduğu kimi, bu dəfə də üstünlüyü əldən verməmiş və rəqibi 8:0 hesabı ilə məğlub etmişlər. Qazandığı qələbələr nəticəsində İtaliyanın “Luparense” komandası UEFA Kubokunun əsas mərhələsi çərçivəsində keçiriləcək növbəti oyunlara vəsiqə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]