“ARAZ” FUTZAL KOMANDASI RƏQİBİNİ BÖYÜK HESABLA MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Bakı İdman Sarayında futzal üzrə UEFA Kubokunun əsas mərhələsi çərçivəsində Azərbaycanın “Araz” komandası Moldovanın “Kamelot” klubu ilə qarşılaşmışdır.
“Araz” komandasının üstünlüyü ilə keçən oyunda futzalçılarımız fasiləyə 1:0 hesablı qələbə ilə yollanmışlar. Qarşılaşmanın ikinci hissəsində də oyunçularımız rəqib komandaya göz açmağa imkan verməmiş, hesabı 4:0-a çatdırmışlar. Moldovalılar isə vurulan toplardan yalnız birinin əvəzini çıxa bilmişlər.
“Slov-Matik” (Slovakiya) - “Luparense” (İtaliya) komandalarının qarşılaşmasında isə italyanlar 1:0 hesabı ilə qalib gəlmişlər.
“Araz” futzal komandası sentyabrın 13-də son görüşünü Slovakiyanın “Slov-Matik” komandasına qarşı keçirəcəkdir.
UEFA Kubokunun əsas mərhələsi çərçivəsində digər qarşılaşmalar “Luparense” (İtaliya) - “Kamelot” (Moldova) komandaları arasında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]