ARDNŞ VƏ NORVEÇİN “STATOİLHYDRO” ŞİRKƏTİ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNƏ DAİR NÖVBƏTİ SEMİNAR KEÇİRƏCƏKLƏR
Bakı, 5 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Norveçin “StatoilHydro” şirkəti ilə birlikdə ətraf mühitin mühafizəsinə dair seminarlar keçirməsi artıq ənənəyə çevrilmişdir. Yaxın günlərdə bu qəbildən olan sayca beşinci tədbirin keçirilməsinə hazırlıq görülür. Seminarda ARDNŞ-in idarə və müəssisələrinin, həmçinin qurudakı əməliyyat şirkətləri və birgə müəssisələrin ekologiya sahəsində çalışan aparıcı mütəxəssisləri iştirak edəcəklər.
ARNDŞ-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə “StatoilHydro” şirkətinin mütəxəssisləri ARDNŞ üçün yüksək təcrübi əhəmiyyət kəsb edən ekoloji problemlər - neft-qazçıxarma prosesində formalaşan istehsalat və məişət tullantılarının idarə olunması, quruda və dəniz özüllərində lay sularının utilizasiya prosesi zamanı dərindən təmizlənməsi, müxtəlif növ tullantılar üçün mərkəzin təşkilinin əsas prinsipləri və s. məsələlər üzrə təqdimatlar keçirəcəklər.
Tədbirin mayın 11-də “Park İNN-Azərbaycan” mehmanxanasında keçiriləcəyi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]