Argentina Futbol Federasiyası baş məşqçi Xorxe Sampaoli ilə müqaviləyə xitam verib
Bakı, 15 iyul, AZƏRTAC
Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılıq əldə edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, AFA-nın nümayəndələrinin X.Sampaolinin vəkili ilə apardıqları danışıqlar nəticəsində əldə olunan razılığa əsasən mütəxəssisə 2 milyon dollar təzminat ödəniləcək. X.Sampaolinin vəzifəsindən ayrılacağı dəqiq tarix açıqlanmayıb.
Xatirladaq ki, Argentina milli komandası Rusiya keçirilən dünya çempionatının “D” qrupunda İslandiya (1:1), Xorvatiya (0:3) və Nigeriya (2:1) milliləri ilə qarşılaşıb. Üç oyunda 4 xal toplayaraq qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Argentina millisi bu mərhələdə Fransa yığmasına 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]