“Arşın mal alan” komediyası Murmansk şəhərində göstəriləcəkdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Murmansk vilayəti hökumətinin saytında “2013-cü il oktyabrın 7-də S.M.Kirov adına vilayət mədəniyyət sarayında ikihissəli “Arşın mal alan” musiqili komediyası göstəriləcəkdir” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə qeyd edilir ki, “Arşın mal alan” böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin sonuncu və ən populyar operettasıdır. Həmin ölməz əsərin yaradılmasından bir əsr keçir.
Bununla əlaqədar, UNESCO 2013-cü ili “Arşın mal alan” ili elan etmişdir. 1913-cü ildə Sankt-Peterburqda yazılmış bu əsərin premyerası 1918-ci ildə Bakıda Zeynalabdin Tağıyev teatrında olmuşdur. Sonradan “Arşın mal alan” dünyanın 75-dən çox dilinə tərcümə edilmiş və 76 ölkənin 187 teatrında tamaşaya qoyulmuşdur.
Murmanskda göstəriləcək tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Artisti, Rusiya Federasiyasının ikinci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninə layiq görülmüş Mərdan Feyzullayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]