Asiya İnkişaf Bankı: Azərbaycanın istilik enerjisi sektorunda islahatlar vacibdir
Bakı, 13 dekabr, AZƏRTAC
“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı (ADB) arasında görüş keçirilib.
“Azəristiliktəchizat”dan AZƏRTAC-a bildirilib ki, görüşdə ASC-nin fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verilib və texniki yardımın mümkünlüyü haqqında ətraflı müzakirələr aparılıb.
Diqqətə çatdırılıb ki, 2005-ci ildə yaradılan “Azəristiliktəchizat” hazırda ölkə ərazisində 180 min mənzilə və 3000-ə yaxın kommersiya və büdcədən maliyyələşən təsisatlara xidmət göstərir. Prezident İlham Əliyevin 2022-ci il 29 aprel tarixli “İstilik təchizatı sahəsində ilahatların sürətləndirilməsi və səmərləliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn yeni strateji vəzifələr barədə məlumat verilib.
ADB-nin Azərbaycandakı ofisinin rəhbəri xanım Kandis MakDeyqan istilik enerjisi sektorunda islahatların vacibliyini vurğulayıb və bu sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]