Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının gündəliyi təsdiqlənib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda APA-nın 14-cü plenar sessiyasının gündəliyi təsdiq edilib.
Qeyd edək ki, sessiyanın gündəliyinə Büronun seçilməsi, sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]