İQTİSADİYYAT
ASK-NIN FƏALİYYƏTİ ÜZRƏ İLLİK HESABAT KONFRANSI KEÇİRİLMİŞDİR
Yığıncaqda Konfederasiyanın prezidenti Ələkbər Məmmədov sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir. O qeyd etmişdir ki, ötən dövrdə ölkədə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması istiqamətində irəliləyişlərə nail olunmuşdur. Bu nəticələrdə sosial tərəfdaş kimi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) təşkilatları Milli Konfederasiyasının da mühüm rolu olmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə Konfederasiyanın sıraları xeyli genişlənmiş, 349 sahibkarlıq subyekti ASK-ya üzv qəbul edilmiş, onun üzvlərinin ümumi sayı 1300-dən çox olmuşdur.
Konfransda deyilmişdir ki, hazırda sahibkarlığın, xüsusilə də regionların inkişafına dair mühüm işlər görülür. Bu, öz əksini Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında öz əksini tapmışdır.
Məruzə ətrafında müzakirələr olmuşdur.