MƏDƏNİYYƏT
“ASK PEOPLE” biznes araşdırmaları şirkəti fəaliyyəti ilə bağlı təqdimat keçirəcəkdir
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 15-də “Fairmont Baku” otelində “Ask People” şirkəti uğurlu fəaliyyəti ilə bağlı təqdimat keçirəcəkdir.
Azərbaycan Turizm İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin aparıcı turizm şirkətlərinin baş menecerləri və müvafiq struktur rəhbərlərinin iştirak edəcəkləri tədbirdə marketinq araşdırmaları sahəsində çoxillik təcrübəyə malik, şirkətin idarə heyətinin fəxri üzvü, tanınmış ekspert, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir təqdimatla çıxış edəcəkdir.
“Ask People” şirkəti müştərilərinin və onların brendlərinin uğuru üçün tələbata uyğun, güvənli bazar araşdırmaları təqdim edir. Azərbaycanın biznes tədqiq xidmətləri sahəsində nadir və qabaqcıl şirkətlərindən olan “Ask People LLC” öz müştərisi olan şirkətlərə fərdi yanaşması və layihələri xüsusi şövq və yüksək məsuliyyətlə yerinə yetirməsi ilə həmişə qürur hissi duyur. Dəqiq zamanlama ilə yerinə yetirilən bütün araşdırma layihələri biznes və bazar tədqiqatı elminin ən son nailiyyətlərinə və ən qabaqcıl texnoloji proqram tətbiqlərinin istifadəsinə söykənir. Müxtəlif sənaye sahələrini əhatə edən araşdırma fəaliyyətlərinin yekun hesabat sənədləri müştərilərin ən həssas ehtiyaclarını, gözləntilərini diqqətdə saxlayır.