AŞPA-NIN AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel dekabrın 2-də Bakıya gələcəklər. Milli Məclisdən verilən xəbərə görə, səfərdən məqsəd noyabrın 6-da Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilərdən sonrakı vəziyyət, insan hüquqları və digər məsələlər barədə məlumat toplamaqdır.
Avropa Şurasının ekspertləri səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklər.