AŞPA-NIN PAYIZ SESSİYASININ GÜNDƏLİYİNƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏ DAXİL EDİLMƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının sentyabrın 29-dan oktyabrın 3-dək davam edəcək payız sessiyasının gündəliyi açıqlanmışdır.
Gündəlikdə növbədənkənar məsələ kimi, Gürcüstanla Rusiya arasında yaranmış vəziyyət müzakirə olunacaqdır. Bununla bağlı müzakirələrin payız sessiyasının gedişi zamanı hər gün keçirilməsi nəzərdə tutulmuşdur.
Sonrakı günlərdə insan hüquqları üzrə Avropa Məhkəməsinə namizədlərin seçkisi, Bosniya-Herseqovinanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti, Lüksemburqdan insan hüquqları üzrə hakimin Avropa Məhkəməsinə seçilməsi, Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatı və dünya iqtisadiyyatı, Voyvodində milli azlıqların və Serbiyada etnik rumınların vəziyyəti, qadınlara qarşı zorakılıqlarla mübarizə, Avropa Şurasının gənclərlə işinin daha da fəallaşdırılması və digər məsələlər gündəliyə daxil edilmişdir.
Sessiyanın gedişində Birləşmiş Millətlər Təşkilatının sivilizasyalar üzrə yüksək rütbəli nümayəndəsinin, Avropa Şurasının yerli hakimiyyət və regional məsələlər üzrə komissarının, Latın Amerikası parlamenti sədrinin, Bosniya-Herseqovina Prezidentinin, İsveçin Baş nazirinin, Kiprin türk icması rəhbərinin çıxışları nəzərdə tutulmuşdur.
Sessiya zamanı qurumun müxtəlif qruplarında və komitələrində yığıncaqlar keçiriləcəkdir.
Payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]