AŞPA-NIN SİYASİ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI PARİSDƏ KEÇİRİLƏCƏK
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, dekabrın 14-də Parisdə AŞPA-nın Siyasi Komitəsinin iclası keçiriləcək. Azərbaycan parlament nümayəndə heyətinin də iştirak edəcəyi bu tədbirdə AŞPA-nın qış sessiyasının gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunacaqdır.