AŞQABADDA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmiş, mərasim iştirakçıları ümummilli liderimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, səfirliyin salonunda hazırlanmış “Heydər Əliyev guşəsi”ndə ümummilli liderimizin portreti önünə əklillər və çiçək dəstələri qoymuşlar.
Səfir Elxan Hüseynov Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, Azərbaycanda dövlət quruculuğu sahəsində onun xidmətlərindən, siyasi, iqtisadi və mədəni sahələrdə aparılan islahatlardan söhbət açmışdır.
Çıxış edənlər Heydər Əliyevin adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışlar.