ASTARA ŞƏHƏRİNDƏ TİCARƏT MƏRKƏZİ TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Fortuna-4” kiçik müəssisəsi tərəfindən inşa edilən örtülü bazar 10 min kvadratmetr sahəni əhatə edir. Burada 4 anbar və 200-dən yuxarı mağaza yerləşəcək. Hazırda tikintidə hörgü işləri başa çatmaq üzrədir. Ticarət mərkəzinin 2004-cü ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Mərkəz istifadəyə verildikdən sonra burada 500 nəfər işlə təmin olunacaqdır.