ASTARADA AHILLAR GÜNÜ QEYD OLUNMUŞDUR
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev yaşlı nəslin nümayəndələrini Ahıllar günü münasibətilə təbrik etmiş, onlara bayram hədiyyələri vermişdir.
Ahılların nümayəndələri çıxışlarında ölkəmizdə yaşlı nəslə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Bayram süfrəsi arxasında davam edən mərasimdə rayonun incəsənət ustaları və məktəblilər ahılları mahnı və şeirlərlə salamlamışlar.