Astarada bitkiçilik məhsullarının istehsalında 4,1 faiz artım qeydə alınıb
Astara, 7 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun aqrar sektorunda bitkiçilik məhsullarının yığımı başa çatıb. Əvvəlki illə müqayisədə rayonda bitkiçilik məhsullarının istehsalı 4,1 faiz artıb. Dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 748,7 hektar əkin sahəsindən 2105,4 ton məhsul tədarük olunub. Orta hesabla hər hektardan 28,1 sentner məhsul yığılıb. Bundan əlavə, 190,5 hektar dən üçün qarğıdalı sahəsindən 596,3 ton məhsul toplanıb, hər hektardan orta hesabla 31,3 sentner qarğıdalı dəni götürülüb.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda, həmçinin 8071,8 ton kartof, 26 min 272,8 ton tərəvəz, 4335,6 ton bostan məhsulları, 47 min 915,7 ton meyvə və giləmeyvə, 628 ton yaşıl çay yarpağı yığılıb, 3938,6 ton diri çəkidə ət, 27 min 351,6 ton süd, 27 ton yun istehsal olunub.
2021-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 40 min 297 baş iribuynuzlu mal-qara, 21 min 345 baş davar mövcud olub.
Bu ilin məhsulu üçün Astarada 142 hektar sahəyə dən üçün payızlıq taxıl əkini keçirilib. Bunun 119 hektarını buğda, 23 hektarını isə arpa sahələri təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO
- 05.10.2026 [14:27]