Astarada şəhid polkovnik-leytenant Nail Orucovun ailəsi ziyarət olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Astara rayonuna səfəri çərçivəsində şəhid polkovnik-leytenant Orucov Nail Rəfail oğlunun ailə üzvləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Qeyd edək ki, polkovnik-leytenant Nail Orucov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. Ehtiyata buraxıldıqdan sonra “Aztelekom” MMC-nin Astara Telekommunikasiya Qovşağında işləyib.
Vətən müharibəsi zamanı - sentyabrın 29-da döyüş bölgəsinə yollanıb. Oktyabrın 31-də Qubadlı rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nail Orucov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]