Astarada Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub
Astara, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Anım Günü ilə əlaqədar Astara rayonunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Anım Günündə rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri tərəfindən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, şəhidlərin xatirə lövhələrinin önünə qərənfillər düzülüb, xatirələri ehtiramla anılıb.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi anılıb.