ATAA və “Lufthanza” aviaşirkəti əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Lufthanza” aviaşirkətinin Cənubi Qafqaz regionu üzrə baş meneceri Karsten Zang arasında işgüzar görüş keçirilib.
AATA-dan AZƏRTAC-a bildirilib ki, müzakirələrdə ikitərəfli əlaqələrin inkişafı, əməkdaşlıq imkanlarının artırılması, üzv şirkətlər üçün infoturların təşkili, birgə layihələrin hazırlanması, eləcə də aviaşirkətin əhatə etdiyi ölkələrdən turistlərin cəlb edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
ATAA-nın sədri Göydəniz Qəhrəmanov, həmçinin Lufthanza aviaşirkətinin Gürcüstan-Azərbaycan üzrə meneceri Sofie Kaxabraşvilli ilə də görüşüb. Görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, kommunikasiya əlaqələrinin qurulması və birgə iş birliyinin yaradılması müzakirə olunub.
Qurum rəhbərləri bu formatlı görüşlərin mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edib və bu istiqamətdə birgə səylərin artırılmasına dəstək olacağını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]