“AtaTravel” tələbələr üçün “Karyerada planlaşdırma” mövzusunda təlim keçirəcəkdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 24-də “AtaTravel” MMC turizm sahəsində təhsil alan ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri üçün “Karyerada planlaşdırma” mövzusunda təlim keçirəcəkdir.
MMC-dən AZƏRTAC-a bildirmişlər ki, təlimdə iştirak etmək istəyən tələbələr CV-lərini və tələbə kitabçalarının surətini [email protected] ünvanına göndərə bilərlər. Təlimdə tələbələrə CV-nin düzgün yazılması, onların iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, karyeranın qurulması mövzusunda ətraflı məlumat veriləcəkdir.
“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etmişdir ki, təlimin məqsədi turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə işə düzəlməsinə kömək etməkdir.
Təlim Korporativ Sosial Məsuliyyət çərçivəsində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]