ATMU-da beynəlxalq standart üzrə fəaliyyət davam edir
Bakı, 8 sentyabr, AZƏRTAC
Norveç Krallığının DNV AS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsində ISO 21001:2018 - Təhsilin idarəedilməsi standartı üzrə sertifikatlaşdırma auditi keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib.
Auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində ISO 21001:2018-Təhsilin idarəedilməsi standartı üzrə sertifikat əldə edib.
Universitetin Turizm və qonaqpərvərlik fakültəsi 2019-cu il noyabrın 20-də, eyni zamanda, ISO 9001:2015 - Keyfiyyət idarəetmə sistemi sertifikatına layiq görülüb və cari ilin yanvar ayında keçirilən auditdən sonra yenidən sözügedən standart üzrə sertifikata sahiblənib.
ATMU-nun adıçəkilən sertifikata layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:02]
BDU-da kriminalistik genetika ilə bağlı elmi seminar təşkil edilib
- 05.06.2026 [14:55]
ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub
- 05.06.2026 [14:37]
Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:05]