AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI KEÇİRİLƏCƏK
Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 30-da Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Ölkə birinciliyinə yeniyetmələrdən (U-18) və gənclərdən ibarət (U-23) avarçəkənlər qatılacaqlar. 1995-1997-ci illər təvəllüdlü idmançılar isə müsabiqədənkənar çıxış edəcəklər.
Oğlanlar və qızlar arasında keçiriləcək yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik avarçəkənlər bir, iki və dörd nəfərlik qayıqlarda 2000 metrlik məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar. Kayak və kanoeçilər isə bir və iki nəfərlik qayıqlarla 200, 500 və 1000 metrlik məsafələri qət edəcəklər.
Çempionata mayın 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]