Avqustun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 22-26°, gündüz 31-36° isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 34-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 30-40 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-25°, gündüz 32-37°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 20-24°, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
Temperaturun gecə 18-23°, gündüz 29-34° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 32-37° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-25°, gündüz 30-35° , dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteohəssas insanlar üçün çox əlverişsiz olan güclü istilərdən sonra avqustun 17-dən başlayaraq arabir güclənən davamlı xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişlidir.