AVQUSTUN 3-DƏ ALİ MƏKTƏBLƏRİN III İXTİSAS QRUPUNA QƏBUL İMTAHANI KEÇİRİLƏCƏKDİR
TQDK-dən AZƏRTAC-a bildirmişlər ki, imtahanda 31 min 67 nəfər (Bakıda 29 min 559, Naxçıvanda 1508 nəfər) iştirak edəcəkdir.
İmtahanlar üçün respublikamızın paytaxtında 51, Naxçıvan şəhərində 3 bina ayrılmışdır. İmtahanın gedişinə Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərinin 2 min 193 müəllimi nəzarət edəcəkdir.
İmtahanın gedişini TQDK–nın www.tqdk.gov.az internet saytından izləmək mümkündür.
İmtahandan dərhal sonra müstəqil ekspertlər test suallarının ekspertizasını aparacaqlar. Bu proses başa çatdıqdan sonra düzgün cavablar TQDK–nın internet səhifəsində yerləşdiriləcəkdir.
Həmin gün saat 19:30-da “Space” telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat verəcək və test tapşırıqları ilə bağlı bütün suallara aydınlıq gətirəcəklər.
Xüsusi mühafizə altında saxlanılan cavab kartlarının oxunmasına avqustun 12–də - axırıncı imtahandan sonra başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]