Avqustun 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 22-26°, gündüz 33-38° isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-26°, gündüz 33-38° , bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 31-36° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 33-38°, bəzi yerlərdə 40° olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.