Avropa birinciliyi: Daha bir boksçumuz yarışa qələbə ilə başlayıb
Bakı, 5 iyul, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 30 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Boksçularımızdan Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) sınağa çəkib. İdmançımız rəqibini 5:0 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda litvalı Paulius Bublis ilə döyüşəcək. Görüş iyulun 6-na təsadüf edəcək.
Yığmamızın digər üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya) ilə qarşılaşmada məğlub olub.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]