Avropa birinciliyində daha bir taekvondoçumuz medal qazanıb
Bakı, 27 avqust, AZƏRTAC
Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.
Turnirin üçüncü yarış günündə kiçikyaşlı yeniyetmə idmançımız medala sahib olub. Belə ki, "Ümid" taekvondo klubunu təmsil edən Sabir Məmmədli (27 kq) Serbiya və Ukrayna təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Yalnız finalda Ukraynanın digər idmançısına məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü medal qazanıb. Belə ki, Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq) gümüş, İlyas Hətəmli (33 kq) və Zəhra İsayeva (29 kq) isə bürünc medala layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]