AVROPA BİRLİYİ AZƏRBAYCANLA ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Mətbuat xidmətindən bildirilmişdir ki, Avropa Birliyi təhlükəsizlik və xarici siyasət sahəsində Cənubi Qafqaz ölkələrinə eyni münasibət bəsləyir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suallara cavab verilərkən vurğulanmışdır ki, Avropa Birliyi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları dəstəkləyir, sülhə nail olunarsa, işğal edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına bu təşkilat əsaslı surətdə qoşulacaqdır. Avropa Birliyi Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusilə maraq göstərir.