AVROPA BİRLİYİ PARLAMENTİNİN SƏDRİ PAT KOKSA "BEYNƏLXALQ KARL MÜKAFATI" VERİLMİŞDİR
Mükafatın ötənilki sahibi, Fransanın sabiq prezidenti Valeri Jiskard, Estyen təqdimat mərasimində təbrik nitqi ilə çıxış edərək, Pat Koksun şəxsiyyəti və Avropa Birliyi Parlamentinin sədri vəzifəsində səmərəli siyasi fəaliyyəti barədə xoş sözlər söyləmişdir.
"Beynəlxalq Karl mükafatı" 2004-cü ildə iki dəfə təqdim olunmuşdur. Mükafatın təsis məclisinin rəyasət heyəti birinci fövqəladə mükafatı mart ayında Romada Vatikan dövlətinin başçısı, Roma papası II İoan Pavelə sülh, barışıq, insan hüquqlarının müdafiəsi, insanlar arasında qarşılıqlı anlaşmanın, demokratiya və humanizmin təbliği sahəsində səylərinə görə təqdim etmişdir.
Xatırladaq ki, "Beynəlxalq Karl mükafatı" Avropanın ən nüfuzlu mükafatlarından biridir. 1950-ci ildən başlayaraq bu mükafatla Avropanın birləşməsi, demokratik dirçəlişi və vahidliyi uğrunda fövqəladə xidmətləri olan ümumdünya işgüzar beynəlxalq təşkilatları və görkəmli siyasi xadimləri təltif olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]