Avropa Birliyi Qəzzanın bərpası üçün donorlar qrupu yaratmağı planlaşdırır
Qahirə, 23 sentyabr, AZƏRTAC
Avropa Birliyi Qəzzanın bərpasını maliyyələşdirmək üçün donorlar qrupu yaratmağı planlaşdırır.
AZƏRTAC İraq xəbər agentliyinə istinadla bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen deyib.
"Fələstin hakimiyyətinin mövcudluğu təhlükə altındadır, buna görə də hamımız daha çox səylər göstərməliyik. Buna görə də Fələstin üçün donorlar qrupu yaradacağıq və gələcəkdəki hər hansı bir Fələstin dövləti həm də iqtisadi cəhətdən davamlı olmalıdır. Bu, həmçinin Fələstin qonşularının dəstəyi ilə mümkün ola bilər. Biz avropalılar digər donorların səyləri ilə, koordinasiyalı şəkildə Qəzzanın bərpası üçün xüsusi bir alət yaradacağıq", – deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]