AVROPA BİRLİYİNİN KOMİSSARI “ERMƏNİ SOYQIRIMI” İLƏ BAĞLI FRANSIZ MƏTNİNDƏN NARAHAT OLDUĞUNU BİLDİRMİŞDİR
Avropa Birliyinin Avropanın genişlənməsi üzrə komissarı Olli Ren bu məsələyə münasibətini bildirərək qeyd etmişdir ki, Sosialist Partiyasının cəhdi ilə Fransa parlamenti “erməni soyqırımı” ilə əlaqədar yenidən danışıqlara başlanmasına səs verərsə, bu, Türkiyə ilə Avropa Birliyi arasındakı əlaqələrə ciddi təsir göstərə bilər.
Komissar bildirmişdir ki, “erməni soyqırımı” barədə Fransa qanunu yalnız fransız qanunvericilik orqanının arzusu ola bilər. Amma bu səsvermə Avropa Birliyini də ciddi çətinlik qarşısında qoyar. O.Ren səsvermədən əvvəl Fransa hökuməti ilə əlaqə saxlayacağını və bir xalqın tarixinə kölgə salmağa yönəldilmiş qanunun gündəlikdən çıxarılmasına çalışacağını söyləmişdir.
Komissar təəssüf hissi ilə qeyd etmişdir ki, belə bir qanun heç bir tarixi fakta əsaslanmayan məsələni inkar edənlərin cəzalandırılmasını tələb etməkdə özlüyündə gülüncdür və qəribə bir vəziyyət yaradır: Əgər siz “erməni soyqırımı”nı inkar etsəniz Birliyin üzvü olan bir dövlətin həbsxanasına düşəcəksiniz. O, məsələnin belə qoyuluşunun Türkiyədə ziyalılar, yazıçılar, tarixçilər və universitet müəllimləri arasında böyük narazılıq yaradacağını bildirmiş və Türkiyə tərəfinin məsələni ermənilərlə birlikdə araşdırılması təklifini barışıq yolunda mühüm addım hesab etmişdir.