Avropa çempionatı: Azərbaycanın Olimpiya çempionu bürünc medal uğrunda görüşə buraxılmayacaq
Tbilisi, 19 aprel, AZƏRTAC
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.
AZƏRTAC xəbər verir ki, buna 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionunun niderlandlı Simeon Katarina ilə yarımfinal qarşılaşmasında qadağan edilmiş fəndə görə birbaşa hansoku-make almağı səbəb olub.
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medala sahib çıxıblar. Turnirə bu gün yekun vurulacaq.
Müxbir - Aynur Əlixanlı