Avropa çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazanıb
Bakı, 8 aprel, AZƏRTAC
Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, İslam Bazarqanov (57 kiloqram) bolqarıstanlı İvaylo Tisovla görüşdə çətinlik çəkmədən tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.
Əli Rəhimzadə (65 kiloqram) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb. Kənan Heybətov (70 kiloqram) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabı ilə məğlub edən Kənan ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.
Beləliklə, sərbəst güləş millimiz ikinci yarış gününü 3 bürünc medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]