Avropa çempionatı: Serbiya – Çexiya 3:0 YENİLƏNİB
Göygöl, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Üçüncü set də serbiyalıların üstünlüyü ilə keçib. Beləliklə, qarşılaşmanın nəticəsinə əsasən Serbiya komandası çexiyalı voleybolçulara 3:0 hesabı ilə qalib gəlib (25:22, 25:16, 25:23).
18:03
Serbiya voleybolçuları daha yaxşı oyun sərgiləyərək qarşılaşmanın ikinci setində də qalib gəliblər - 25:16.
17:32
Oyunun ilk seti gərgin mübarizə şəraitində keçib. Serbiya voleybolçuları rəqiblərindən 25:22 hesabı ilə üstün olublar.
17:01
Göygöl Olimpiya İdman Kompleksində qadınlar arasında voleybol üzrə Avropa çempionatının “D” qrupu üzrə oyunlarına start verilib.
Qrupda ilk oyun Serbiya və Çexiya komandaları arasında keçirilir.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı fransalı Guillet Olivier və macarıstanlı Szabo Peter idarə edirlər.
Axşam saatlarında isə qrupun digər oyununda Niderland - Belçika komandaları üz-üzrə gələcək.