Avropa çempionatının bürünc mükafatçısı: Məşqçilərin etimadını doğrultmağı bacardım
Tbilisi, 16 aprel, AZƏRTAC
Sevincimin həddi-hüdudu yoxdur. Məşqçilər mənə inandılar və mən də bu etimadı doğrultmağı bacardım.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov (66 kiloqram) deyib.
O, 66 kiloqram çəki dərəcəsində əldə etdiyi nəticələrin ürəkaçan olduğunu söyləyib: “Daha əvvəl 60 kiloqramda çıxış etmişdim. Lakin yeni çəkimdə medallar əldə etdiyim üçün özümə olan inamım daha da artıb. Təbii ki, hədəf qızıl medal idi, lakin yarımfinalda üzərində işləmədiyim fəndi icra etməyə çalışdım. Təəssüf ki, alınmadı. Bu barədə məşqçilər korpusu ilə də söhbətimiz oldu. Səhvləri yenidən analiz edəcəyik”.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Turan Bayramovla yanaşı, Əhməd Yusifov (60 kiloqram) da bürünc medala sahib çıxıb.
Müxbir - Aynur Əlixanlı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]