Avropa çempionatının üçüncü günündə beş cüdoçumuz mübarizə aparacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatının üçüncü günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində Vüqar Talıbov və İsmayıl Zamanov, 100 kiloqramdan yuxarı çəkidə Kənan Nəsibov medallar uğrunda mübarizə aparacaq.
Qızlar arasında isə 78 kiloqramda Nərmin Əmirli və 78 kiloqramdan yuxarı çəkidə Nigar Süleymanova gücünü sınayacaq.
Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın gənc cüdoçuları hazırkı Avropa çempionatında indiyədək beş medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]