Avropa Dərman Agentliyi uşaqlara “Pfizer” peyvəndinin tətbiqini təsdiqləyib
Roma, 25 noyabr, AZƏRTAC
Avropa Dərman Agentliyi (EMA) “Biontech/Pfizer” şirkətinin istehsalı etdiyi COVID-19 infeksiyasına qarşı peyvəndin 5-11 yaş qrupu üçün təhlükəsiz olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, EMA sözügedən peyvəndin hazırda yaşı 12 və yuxarı olanlara tətbiq olunduğunu xatırladıb, yaşı 5-11 olan uşaqlara tətbiq ediləcək dozanın isə daha az olacağını bildirib.
Qeyd olunub ki, bu qərar 2 minədək uşaq üzərində aparılan araşdırma nəticəsində qəbul edilib. Peyvəndin əks təsirlərinin digər yaş qruplarındakı kimi - peyvəndin vurulduğu bölgədə ağrı və qızartı, yorğunluq, başağrısı və əzələ ağrısı olduğu bildirilib. Açıqlamada əks təsirlərin ümumiyyətlə yüngül olduğu və peyvənddən bir neçə gün sonra keçdiyi qeyd olunub. Bu səbəblərdən də peyvəndin 5-11 yaş qrupu üçün faydasının zərərindən daha çox olduğu vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]