AVROPA DOPİNQƏ QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRİR
Bakı, 21 aprel (AZƏRTAC). Strasburqda Avropa Şurasının antidopinq nəzarətinin elmi məsələləri üzrə işçi qrupunun yığıncağı keçirilmişdir.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, 14 ölkənin antidopinq təşkilatı və antidopinq laboratoriyalarının nümayəndələrinin qatıldığı yığıncaqda qüvvəyə minən yeni beynəlxalq standartların və Ümumdünya Antidopinq Təşkilatının (WADA) kodeksinin tətbiqi ilə əlaqədar bir sıra problemlər müzakirə olunmuşdur.
Yığıncaqda yeni qadağan olunmuş siyahıya “qliserin”in daxil edilməsi və “antidiabetik” preparatların müəyyən edilməsi probleminə böyük diqqət yetirilmişdir.
İdmançının bioloji pasportunun işə salınması mövzusu da müzakirə mərkəzində olmuşdur.
Qan nümunələrinin nəqliyyatla daşınması zamanı yaranan problem də müzakirə edilmişdir. Belə ki, bir çox Avropa aviaşirkətləri qan konteynerlərini təyyarənin salonuna buraxmaqdan imtina edirlər. Avropa Birliyi çərçivəsində bu hələ tam həll olunmamış məsələdir.
Sonrakı müzakirələrdə idmançıların qadağan olunmuş preparatlarla təmin olunduqları tibbi müəssisələrlə əlaqəsi məsələlərinə toxunulmuşdur. Dopinq məsələlərinə cəlb edilmiş həkimlərin bu sahədə zəif məlumatlandırıldığı da xüsusi vurğulanmışdır.
Yığıncağın yekununda müzakirə olan materialların WADA-ya və Avropa Birliyinə göndərilməsi təklif olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]